Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3 867 sakin məşğulluğa cəlb olunub

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3 867 sakin məşğulluğa cəlb olunub
Kateqoriya məlum deyil
T

Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu barədə Sfera.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həmin onlardan 3 723-nün məşğulluğu təmin olunub, o cümlədən, 560 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Sakinlərdən 144 şəxs isə peşə hazırlığına cəlb edilib.

Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə daha 660-dək şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR