Polat Alemdarın qızı Elif illər sonra dəyişimi ilə təəccübləndirdi

Polat Alemdarın qızı Elif illər sonra dəyişimi ilə təəccübləndirdi
Kateqoriya məlum deyil
T

Türkiyə televiziyasının unudulmaz seriallarından olan “Kurtlar Vadisi Pusu” illər keçməsinə baxmayaraq, aktyor heyəti və maraqlı süjet xətti ilə gündəmdə qalmaqda davam edir.

Serialın köhnə bölümlərini xatırlayan tamaşaçılar ekranlarda rol alan uşaq aktyorların indiki görünüşləri ilə də maraqlanırlar. Onlardan biri də Polat Alemdarın qızı Elif obrazını canlandıran Doğa Sakaryadır.

Sfera.az xəbər verir ki, uşaqlıq yaşlarından kamera qarşısına keçən Doğa Sakarya illər ərzində dəyişən görünüşü ilə diqqət çəkir. Onu serialdakı balaca Elif obrazından xatırlayan tamaşaçılar indiki halını görəndə tanımaqda çətinlik çəkirlər.

Doğa Sakarya hazırda təhsil həyatını davam etdirir. O, eyni zamanda oxatma idmanı ilə də məşğul olur. Sosial şəbəkələrdə zaman-zaman paylaşımlar edən Sakarya uşaqlıqda tanındığı ekranlardan uzaq, sakit həyat sürür.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR