Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
Kateqoriya məlum deyil
T

Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə vəfat edib.

Sfera.az bildirir ki, bu barədə “Qafqazinfo”ya onun qızı Gültən Ramazanova məlumat verib.

O bildirib ki, 95 yaşlı Sevda Saleh müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, Sevda Saleh sentyabrın 1-i koma vəziyyətində reanimasiyaya yerləşdirilib. O, baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR