Logo

Leyla Əliyeva bu müğənnini seçdi

Leyla Əliyeva bu müğənnini seçdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Uzun illər Moskvada fəaliyyət göstərən müğənni Ələsgər Əliyev artıq Azərbaycana geri dönmək qərarını alıb.BiG.AZ məlumat verir ki, 35 yaşlı ifaçı hər tərzdə mahnı oxumaq qabiliyyətinə malikdir. Qısa müddətdir Bakıda fəaliyyət göstərən Ələsgərin mahnıları artıq bütün ölkə radiolarında dinlənilir və tələb olunur. İlk dəfə Heydər Əliyev adına sarayda Fidan Hacıyeva ilə səhnəyə çıxan Ələsgərin bu il Rəşid Behbudov adına mahnı teatrında da çıxışları olmuşdur. Yalnız keyfiyyətli musiqilər oxumağı qarşısına məqsəd qoyan Ələsgəri Moskvada da tanıyanların sayı az deyil. İfaçının yeni mahnılarından olan “Clavat tebe milyard raz” isə qısa müddətdə dinləyicilər tərəfindən marağa səbəb olub. Onun bu mahnısına isə sənətdə sözünü demiş şəxslər dəstək olub. 
Fidan Hacıyeva: "Bu mahnının həm sözləri həm musiqisi çox möhtəşəmdir. Ələsgər isə öz səs tonu ilə sanki mahnıya xüsusi sehr verir. Dinləməkdən yorulmadığım musiqilərdəndir"
Faiq Şücəddinov: "Düşünürəm ki, Ələsgərin ifasında olan bu mahnı Alla Puqaçovanın milliyon mahnısından daha üstün olacaq"
Nisə Qasımova: "Mənim Ələsgərin səs tonundan çox xoşum geldi. İnsanı yormayan bir səsi var." 
Qeyd edək ki, mahnının sözləri Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevaya, musiqisi isə Eldar Həsənova məxsusdur.

<iframe class="embed-responsive-item" title="video" width="600" height="400" style="max-width:;"></iframe>
<iframe class="embed-responsive-item" title="video" width="600" height="400" style="max-width:;"></iframe>
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR