Qarşıdakı 20 ildə dünyanı nələr gözləyir? - Cavabı bu xəbərdə
Son 20 ildə iqlim dəyişikliyi nəticəsində baş verən fəlakətlər zamanı azı 600 min insan ölüb.
Birləşmiş Millətlər Təşkilatının açıqladığı məlumata görə, bu müddət ərzində təbii fəlakətlərlə əlaqədar 4 milyard insan xəsarət alıb. İqlim dəyişiliklərindən ən çox zərər çəkən ölkələr isə ABŞ, Çin, Hindistan, Banladeş, Tayland və digərləridir.
Hesabatda görə, son illər ərzində qasırğaların baş verməsi intensiv hal alıb. Bildirilir ki, dünyanın lider ölkələri arasında bu məsələ ilə bağlı fikir ayrılıqları birbaşa iqlim dəyişikliyinə gətirib çıxarır.
Hesabatda vurğulanır ki, bir neçə gün sonra 195 ölkənin iştirakı ilə Parisdə təşkil olunacaq “İqlim dəyişkiliyi” konfransında ciddi qərarlar qəbul edilməldir. Əks halda qarşıdakı 20 ildə dünya daha da acınacaqlı hallarla üzləşə bilər.(atv.az)






