Azərbaycanda 70 qurum akkreditasiya edildi

Azərbaycanda 70 qurum akkreditasiya edildi
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-iyul aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi uyğunluğu qiymətləndirən 70 qurumu akkreditasiya edib.

Sfera.az bu barədə agentliyə istinadən xəbər verir.

"Uyğunluğun qiymətləndirilməsi sahəsində həyata keçirilən akkreditasiya prosesi istehlakçıların keyfiyyətli və təhlükəsiz mal və xidmətlərə çıxış imkanlarını artıran, eləcə də məhsul və xidmətlərin rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayan əsas keyfiyyət təminatı mexanizmlərindən biridir", - deyə məlumatda qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR