Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı

Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
Kateqoriya məlum deyil
T

Köhnə nəsil qatarların hamısı ya qırmızı, ya da bənövşəyi xətlərdə fəaliyyət göstərir. Yaşıl xətdə yalnız yeni və müasir tipli qatarlardan istifadə olunur.

Sfera.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib.

"Müasir tipli qatarların digər hissəsi qırmızı xətt üçün nəzərdə tutulub. Lakin biz qatarların hamısını eyni vaxtda xətdə buraxa bilmərik. Buna səbəb qırmızı xətt üzrə elektrik enerji təchizatının, xüsusən də qatarların hərəkətini təmin edən dartı tipli elektrik təchizatı sisteminin müasir qatarların tələblərinə uyğun olmamasıdır.

Qırmızı xəttin "İçərişəhər-Nəriman Nərimanov" sahəsi 1967-ci ildə istifadəyə verilib. Həmin vaxt da onun dartı tipli elektrik yarımstansiyası istifadəyə verilib.

Hazırda xətlərin ayrılması ilə bağlı 7 mürəkkəb layihədən biri də iki yeni tipli dartı elektrik yarımstansiyasının inşası və birinin əsaslı təmir olunaraq yenidən qurulması ilə bağlıdır.

Xətlərin ayrılması layihəsinin icrası müddətində həmin yarımstansiyalar inşa olunacaq. Bununla da qırmızı xətt üzrə yeni nəsil vaqonlardan ibarət qatarları tam şəkildə xəttə buraxmaq mümkün olacaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR