“Adore”də vaxtı keçmiş məhsul satılır - İDDİA

“Adore”də vaxtı keçmiş məhsul satılır - İDDİA
Kateqoriya məlum deyil
T

Müştəri məşhur “Adore” mağazalar şəbəkəsində endirim kampaniyası zamanı istehlakçıların aldadıldığını iddia edib.

Sfera.az xəbər verir ki, onun sözlərinə görə, istifadə müddəti başa çatmış və ya bitməsinə az vaxt qalmış məhsullar mağazada xüsusi endirimlə satışa çıxarılır.

Müştəri sosial şəbəkədə paylaşdığı görüntülərlə məsələni gündəmə gətirib. O, mağazalar şəbəkəsindən vəziyyətə aydınlıq gətirilməsini və məhsulun geri qaytarılmasını tələb edib.

Qeyd edək ki, iddialarla bağlı “Adore” mağazalar şəbəkəsinin mövqeyi hələlik məlum deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR