Logo

“Kaspi” 10 yaşını qeyd edir - Foto

“Kaspi” 10 yaşını qeyd edir - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Respublikanın ən qabaqcıl və sürətli inkişaf edən təhsil təşkilatlarından biri olan "Kaspi” Təhsil Şirkəti 10 yaşını qeyd edir. Bu il həm də şirkətin tərkibinə daxil olan 2014-cü ildə fəaliyyətə başlamış "Kaspi” liseyi də ilk məzunlarını buraxıb.

Bu iki əlamətdar hadisə ilə bağlı keçirilən tədbirdə çıxış edən Şirkətin təsisçisi Sona Vəliyeva "Kaspi”nin yaranma tarixindən, missiyasından və gələcək hədəflərindən bəhs edib:

"10 il ərzində müəyyən işlər görməyə çalışmışıq, lakin bu görmək istədiklərimizin bir hissəsidir. Bu təhsil şirkəti yaradanda özəl və dövlət təhsil sistemini araşdırdıq. Milli və beynəlxalq təhsil standartlarını birləşdirərək yeni bir təhsil sistemi yaratdıq. Bu 10 il ərzində Azərbaycan cəmiyyətinə yararlı olacaq gənclik yetişdirmək üçün daim çalışdıq.Bu il liseyimizin ilk məzunlarını müstəqil həyata yola saldıq.Biz məzunlarımızın taleyindən zərrə qədər də narahat deyilik. Çünki bu illlər ərzində onların ürəyinə elə bir işıq vermişik ki, onlar həyatda öz yerlərini tapacaqlarına inanınırıq. Bizim məzunlarımız nəinki digər ölkələrdəki həmyaşıdları ilə ayaqlaşa, hətta irəli gedə biləcək səviyədədir. Bir sözlə,bu illər ərzində hər birimizin arzusunda olan gənclik, qloballaşan dünyanın vətəndaşını hazırlaşımıq. Bizim uğurlarımız Azərbaycan təhsili, dövlətinin inkişafının göstəricisidir”.

Tədbirdə çıxış edən Təhsil Şirkətinin direktoru Elnur Əliyev bu gün şirkət üçün ikiqat sevinc olduğunu deyib, şirkətin bu vaxta qədər əldə etdiyi naliyyətlərindən danışıb.

"Biz çox kiçik Kaspi xarici dil kursları ilə fəaliyyətə başlamışdıq. Bu gün filiallarımızın sayı 11-ə çatıb. Bu illər ərzində yüzlərlə məzun, tələbə bu kurslarda iştirak edib. Son 6 ildə 100-dən jurnalist Kaspi Poliglot kurslarında xarici dil səviyyələrini inkişaf etdirib.Hər il minlərlə tələbə Kaspinin abituriyent hazırlıq kurslarında ali məktəblərə hazırlaşıb. Hazırlıq kurslarımızda ali məktəbələr orta qəbul göstəricisi 92 faizdir. Bu illər ərzində kursumuzun məzunlarından 300 nəfər 600-dən çox bal toplayıb, 17 məzunumuz Prezident təqaüdçüsüdür, bu il ilk dəfə məzunumuz 700 bal toplayıb. Bundan başqa, hər il mindən çox uşaq Kaspi Kids kurslarında məktəbə hazırlanır. Şirkətin xaricdə təhsil xidməti sahəsində də kifayət qədər iş görüb. Bu şöbənin açılmasında məqsəd dövlətin xaricdə təhsil kurslarına dəstək olmaq idi.Bu kursu yaradanda ölkədə xaricdə təhsilə maraq bugünkü kimi deyildi. Bu işdə Kaspi təbliğat işi qurdu. Artıq bu illər ərzində 100-dən çox ölkə ilə partnyorluq müqaviləsi imzalamışıq. Bizim ən böyük layihəmiz isə Kaspi liseyidir ki, bu lisey 7 illik təcrübə əsasında açılıb. Bu müddət ərzində keyfiyyətli təhsil verməyimizlə bağlı şagird və valideynlərimizin məmnunluğu bir ilin tamamında növbəti bir filial açmağa ruhlandırdı. Bu il artıq ilk məzunlarımızın 100 ali məktəbə qəbul olacağına əminik. Şirkətimizin bağçalarında uşaqların məktəbə hazırlığı da yüksək səviyyədədir. Bu ildən beynəlxalq proqrama uyğun bağçamız fəaliyyətə başlayacaq. Bu bağçalarda uşaqlar ingilis dilində təhsil alacaqlar. Bu o demək deyil ki, onlar milli kökdən uzaqlaşacaq. Şirkətimizin bütün təhsil pilləsində əsas devizi milliliyə əsaslanan təhsil sistemi qurmaqdır.Kaspinin elektron təhsil resurslarının da valideynlər üçün mühüm imkan yaradıb. Əlbəttə, hədəflərimiz böyükdür.Məqsədimiz bundan sonra da fəaliyyətimizi daha da genişləndirmək, daha yüksək uğurlar əldə etmək durur. Hesab edirəm ki, bu uğurlarımızın arxasında həm də kollektivimizin əzmkar, yorulmaz fəaliyyəti, təsisçimizin təhsilə, elmə olan xüsusi diqqət , qayğısı durur”.

Bu il Kaspi hazırlıq kurslarının məzunu 700 bal toplamış tələbə Vahab Cəbrayılov tədbirdə xüsusi mükafatla təltif olunub. O həm də "Kaspi” təqaüdçüsü adı qazanıb. Şirkətin təsisçisi Sona Vəliyeva bildirib ki, Vahab Cəbrayılov xaricdə təhsilini davam etdirəcək. Lakin harada təhsil almasından asılı olmayaraq sentyabrın 15-də ona ayrılmış təqaüdü alacaq.Həm yubiley, həm də məzun gecəsinin qeyd olunduğu tədbirdə şirkətin işçi kollektivi, məzunlar və onların valideynləri ilə yanaşı, ictimaiyyət nümayəndələri də iştirak edib.

Tədbirdə iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi "Kaspi” liseylərinin beynəlxalq olimpiada və yarışlarda qalib gəlmiş şagirdlərə mükafatlar və diplomlar təqdim edilib.

"Kaspi” Təhsil Şirkəti medianı da unutmayıb. 10 il ərzində şirkətə informasiya dəstəyi göstərən media nümayəndələrinə millət vəkili Əflatun Amaşov tərəfindən diplomlar verilib.

Tədbirdə bildirilib ki, bu il həm də Kaspi Təhsil Şurasının üzvü Yəhya Kərimovun 90 yaşı tamam olur. Bu münasibətlə şirkətin direktoru onu təbrik edib və "Kaspi” ilə birlikdə olduğu üçün ona təşəkkür edib.

Y.Kərimov çıxış edərək həyatda müəyyən yer tutmaq üçün təhsilin vacib olduğunu deyib:

"Kaspi ilə çoxdan tanışam və bu şirkətdə müəyyən fəaliyyətim olub.Dövlətə layiq olmaq üçün təhsil son dərəcə vacib məsələdir. Bizim amalımız yüksək təhsil almaqa yanaşı milli ənənələri də qorumaqdır. Bu yolda hər birinizə uğurlar arzulayıram”.

Tədbirdə Bakı Dövlət Universiteti ilə "Kaspi” Təhsil Şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

BDU-nun rektoru Abel Məhərrəmov bu gün Azərbaycan təhsili, maarifçiliyi üçün əlamətdar bir hadisə olduğunu deyib:

"Təhsil təkcə bilik vermək deyil, gələcəyə intellektual vətəndaşın hazırlanmasıdır. Bu şirkət Azərbaycan təhsil tarixində müstəsna rol oynayıb. Bu gün imzaladığımız müqavilə "Kaspi” Təhsil Şirkəti ilə Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Gənc İstedadlar liseyi arasında əməkdaşlığın qurulmasına xidmət edir. "Kaspi"ni ilk məzunlarının təhsili başa vurması münasibətilə təbrik edirəm. Çünki orta məktəb təhsilin ən mühüm və çətin pillələrindəndir. Bizim ali məktəbdə yüksək səviyyəli kadr yetişdirməyimiz üçün orta məktəblərdən məzunların yüksək təhsilə sahib olması mühümdür. Bu Təhsil Şirkətini təhsilin bir çox pillərində uğurlu fəaliyyətinə görə təbrik edirəm”.

Tədbir bədii hissə ilə davam edib. (publika.az)

Sfera.az

“Kaspi” 10 yaşını qeyd edir - Foto
“Kaspi” 10 yaşını qeyd edir - Foto
“Kaspi” 10 yaşını qeyd edir - Foto
“Kaspi” 10 yaşını qeyd edir - Foto
“Kaspi” 10 yaşını qeyd edir - Foto
“Kaspi” 10 yaşını qeyd edir - Foto
“Kaspi” 10 yaşını qeyd edir - Foto
“Kaspi” 10 yaşını qeyd edir - Foto

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR