Logo

Qiymətlərdə ucuzlaşma var: televizor, tozsoran, paltaryuyan və digər avadanlıqlar - VİDEO

Qiymətlərdə ucuzlaşma var: televizor, tozsoran, paltaryuyan və digər avadanlıqlar - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Devalvasiyadan sonra mobil telefon və məişət texnikası bazarında 50 faizədək

bahalaşma baş verdi. Bu məhsullar əsasən xaricdən gətirildiyi üçün onların

qiymətləri dolların məzənnəsinə uyğun qalxdı. Ancaq bahalaşma alıcı qıtlığına

səbəb olub. Buna görə də firmalar qiymətləri endirməyə başlayıb.

Sfera.az xezerxeber.com-a istinadən xəbər verir ki, mobil telefonlar və məişət

texnikası avadanlıqlarının qiymətlərində ucuzlaşma müşahidə olunur.

Satıcılar mobil telefon bazarında qiymətlərin 100 manata qədər ucuzlaşdığını,

hətta bəzi markaların devalvasiyadan əvvəlki qiymətlərə qaytarıldığını deyirlər.

Bəzi alıcılar qiymətlərdən xəbərsiz olsalar da, ucuzlaşmanı təsdiq edənlər də var

Ucuzlaşma mobil telefonlarla yanaşı, məişət texnikası avadanlıqları bazarında da

müşahidə olunur. Televizor, tozsoran, paltaryuyan və digər avadanlıqların

qiymətlərində ciddi enmələr var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR