Nazirlikdən AÇIQLAMA: O, bizim işçimiz deyil

Nazirlikdən AÇIQLAMA: O, bizim işçimiz deyil
Kateqoriya məlum deyil
T

Bakıda keçirilən dəbdəbəli toyla bağlı yayılan məlumatlarda adı hallanan Elgün Feyzullayevlə bağlı yeni açıqlama verilib.

Sfera.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti sözügedən şəxsin hazırda qurumda çalışmadığını bildirib.

Qeyd olunub ki, o, bir ildən çoxdur tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, ötən gün Bakıda yerləşən Böyük Sarayda Nicat və Sitarə adlı cütlüyün dəbdəbəli toy mərasimi keçirilib.

Məclisdə Azərbaycan və Türkiyədən tanınmış şəxslər də iştirak edib.

Toyla bağlı yayılan məlumatlarda Sitarənin Elgün Feyzullayevin qızı olduğu bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR