Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama

Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Kateqoriya məlum deyil
T

Keçmiş təhsil naziri, AMEA-nın müxbir üzvü Misir Mərdanov sosial şəbəkələrdə müsahibəsində səsləndirdiyi fikirlərin təhrif edildiyini bildirib.

Sfera.az xəbər verir ki, bu barədə Misir Mərdanov açıqlama verib.

O qeyd edib ki, bir neçə gün əvvəl “Pozan Media TV”nin müraciəti əsasında müsahibə verib və söhbət zamanı təhsil sahəsindəki bəzi məsələlərlə bağlı şəxsi fikirlərini ifadə edib.

“Sonradan sosial şəbəkələrdə müsahibədə səsləndirdiyim fikirlər təhrif olunaraq, onların Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldiyi iddia edildi. Bu iddia həqiqəti əks etdirmir.

Məleykə Abbaszadəni 30 ildən artıqdır tanıyıram. Uzun illər ərzində onunla çoxsaylı tədbirlərdə iştirak etmişəm. Ona hər zaman hörmətlə yanaşmışam və bu gün də həmin hörmətimi qoruyub saxlayıram”, - deyə M.Mərdanov bildirib./metbuat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR