Logo

“Bandotdel” Cahangir Hacıyevin restoran xərclərini araşdırır

“Bandotdel” Cahangir Hacıyevin restoran xərclərini araşdırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (“Bandotdel”) Beynəlxalq Bankın sabiq başçısı Cahangir Hacıyevin şəxsi kredit kartından 1 milyon dollar xərclənməsi faktını araşdırır.

Sfera.az virtualaz.org saytına istinadən xəbər verir ki, qulluq mövqeyindən sui-istifadə edərək bankın böyük məbləğdə vəsaitini şəxsi ehtiyaclarına xərcləyən C.Hacıyev bu borcunu bu günədək də ödəməyib.

“Cahangir Hacıyev DİN-in müstəntiqləri tərəfindən bu faktla bağlı dindirilib. Bank vəsaitlərinin başqa məqsədlərlə xərclənməsi faktına görə Cahangir Hacıyevin keçmiş köməkçiləri, o cümlədən Anar Bəkirov da sorğu-sual olunublar” - deyə DİN-dəki mənbə virtualaz.org saytına bildirib.

Beynəlxalq Bankdan daxili auditin nəticələrinə dair açıqlama verməkdən, habelə bank rəhbərinin maaşını açıqlamaqdan imtina ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR