Logo

Gəncədə aviabomba tapılıb

Gəncədə aviabomba tapılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gəncə şəhərində partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

ANAMA-dan verilən məlumata görə, Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsi, 8-ci küçədə 1 həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd aviabomba (FAB-50) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Aviabomba zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə aparılıb.

Əməliyyat FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında keçirilib. (apa)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR