Logo

ŞOK: Türkiyədə azərbaycanlı canlı bombalar ələ keçirib

ŞOK: Türkiyədə azərbaycanlı canlı bombalar ələ keçirib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Suriya ilə sərhədində İŞİD terrorçuları tutulub.

Kilisin İranlı kəndindən Türkiyə ərazisinə daxil olan və Azərbaycan vətəndaşı olan terrorçuların üzərindən partlayıcı xammalı, həmçinin, canlı bomba jiletləri aşkarlanıb. Jandarma qüvvələri tərəfindən tutulan azərbaycanlıların adları da açıqlanıb:

Sərxan Əliyev – 29 yaş

Gülnur Şirməmmədova – 37 yaş

Nazənin Zeynalova – 42 yaş.

Bundan başqa Rusiya vətəndaşı olan 44 yaşlı Anaçtaçnır Pozdiva və Bosniya-Herseqovina Respublikası tərəfindən beynəlxalq axtarışa verilmiş 37 yaşlı Begzat Spahiç də yaxalanıb.

Bildirilir ki, tutulan şəxslər xüsusi təlimatla Türkiyədə terror aktı törətməyi planlaşdırırmış. Onların üzərindən və çantalarından Rusiya istehsalı olan 3 əl bombası, 4 qumbara, 3 kiloqram C4 markalı partlayıcı xammal, və partlayıcı qurğu açarları aşkarlanıb. (Lent.az)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR