Logo

Məhkəmə Fuad Əhmədliyə hökm oxuyub

Məhkəmə Fuad Əhmədliyə hökm oxuyub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə F. Əhmədlinin vəkili Əsabəli Mustafayev çıxış edib. Vəkil bəraət hökmünün çıxarılmasını istəyib.

Fuad Əhmədli bildirib ki, hər hansı cinayət törətməyib.

Hökmə əsasən, F. Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib

Qeyd edək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Fuad Əhmədlinin mənzilində axtarış zamanı Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-lər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib. (apa)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR