Logo

Ərdoğan da Rusiya səfərini ləğv edə bilər

Ərdoğan da Rusiya səfərini ləğv edə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya planlaşdırılan səfəri ləğv edilə bilər.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, hazırda bu məsələ müzakirə mərhələsindədir.

Administrasiyadan deyiblər ki, Türkiyə Prezidentinin Rusiyaya səfəri dekabrın 15-nə planlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq Türkiyəyə noyabrın 25-nə planlaşdırılan səfərindən imtina edib.

Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR