Logo

İrəvanın Bakı PLANI: “Neft yataqları bombalancaq”

İrəvanın Bakı PLANI: “Neft yataqları bombalancaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Əgər iki ölkə toqquşarsa, Azərbaycan birtərəfli qaydada məhvetmə müharibəsi aparacaq”.Sfera.az publika.az-a istinadən xəbər verir ki, bu qorxunu Ermənistanda “komandos” ləqəbi ilə

tanınan ehtiyatda olan general-mayor Arkadi Ter-Tadevosyan dilə gətirib.


O, Qarabağda müharibə olacağı təqdirdə Azərbaycan və Türkiyənin Ermənistanı məhv 

edəcəyini etiraf edib: “Müharibə olacaqsa biz vuruşacağıq. İndi müharibə ehtimalı daha böyük görünür”.


Erməni “komandos” ölkəsinin Azərbaycana qarşı xain planını da açıqlayıb.

“Bizim raketlərimiz Azərbaycanın neft-qaz yataqlarına tuşlanıb və müharibə olacaqsa, biz onları partladacağıq”, - deyə o iddia edib.

Qeyd edək ki, Ermənistanın bu tipli iddiaları birinci dəfə deyil. Bundan əvvəl də düşmən 

tərəfi belə iddialarla çıxış edib. Lakin bir sıra məqamları nəzərə alanda Ermənistanın

belə bir hücuma nəinki cəhd etməyə, ümumiyyətlə cəsarət etməyə gücünün

olmadığını görə bilərik.


Birincisi, Azərbaycan neft və qaz yataqlarının təhlükəsizliyini yetirincə qoruyur.

İkincisi, Azərbaycanın ən müasir standartlara uyğun raketdəndən müdafiə sistemləri mövcuddur.

Üçüncüsü, Azərbaycanın neft-qaz yataqlarında nüfuzlu Qərb şirkətləri çalışırlar. 

Ermənistanın belə bir cəhdi həm də Qərbə qarşı hücum kimi qiymətləndirilə bilər.


Bu baxımdan, İrəvanın sadəcə iddialar irəli sürdüyü ortadadır. Amma bu açıqlamalar,

eyni zamanda, düşmənin Azərbaycana qarşı xain planının olduğunu da göstərir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR