Azərbaycanlı alim dünyasını dəyişdi

Azərbaycanlı alim dünyasını dəyişdi
Kateqoriya məlum deyil
T

Azərbaycanlı alim dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, görkəmli geofizik alim, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Pərviz Məmmədov 7 sentyabr 2026-cı il tarixində 89 yaşında vəfat edib.

Məm­mə­dov Pər­viz Zi­ya oğ­lu 12 yan­var 1937-ci il­də Ba­kı şə­hə­­rin­də ana­dan ol­ub. Azər­­bay­­can Neft və Kim­ya İns­ti­tu­tu­nu (indiki Azər­­bay­­can Dövlət Neft və Sənaye Universiteti) mü­hən­dis-geo­fi­zik ix­ti­sa­sı üz­rə bi­tir­ib (1959).

O, 1967-ci il­də “Seysmik dalğaların spektral analizinin effektivliyi” mövzusunda geo­lo­gi­ya-mi­ne­ra­lo­gi­ya elm­lə­ri üzrə na­mi­zə­dlik, 1992-ci il­­də “Cənubi Xəzər Meqaçökəkliyinin çöküntü qatının geoloji quruluşunun seysmostratiqrafik tədqiqi” mövzusunda dok­­to­rluq dissertasiyaları müdafiə etmiş, 1993-cü il­də pro­fes­sor el­mi adı al­mış­dır. 2001-ci il­də AMEA-nın müx­bir üz­vü, 2014-cü il­də isə AMEA-nın hə­qi­qi üz­vü se­çil­ib.

P.Məm­mə­dov 240-dan ar­tıq el­mi əsə­rin, 1 mo­noq­ra­fi­ya­nın mü­əl­li­fi­ idi.

P.Məm­mə­do­vun rəh­bər­li­yilə 3 elm­lər dok­to­ru və 14 fəl­­sə­fə dok­to­ru ha­zır­­lan­­mış­dır. 2 elmlər doktorunun elmi məsləhətçisi və 2 fəlsəfə doktorunun elmi rəhbəri idi./unikal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR