Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Kateqoriya məlum deyil
Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
FHN-dən Sfera.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir Su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Sfera.az






