Logo

Ramil Usubov 50 polisə mükafatı şəxsən verib

Ramil Usubov 50 polisə mükafatı şəxsən verib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

IV İslam Həmrəyliyi Oyunları zamanı qarşıya qoyulmuş tapşırıqların icrasında xüsusilə fərqləndiklərinə görə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə mükafatlandırılmış polis əməkdaşlarına mükafatların təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.

DİN-dən Sfera.az-a verilən məlumata görə, tədbiri açan nazir R.Usubov Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və xidmətləri sayəsində ötən ay respublikamızda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunmasını xatırladıb.

Nazir bu beynəlxalq əhəmiyyətli tədbir zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 12 mindən çox əməkdaşın və hərbi qulluqçunun qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək əsl vətənpərvərlik və peşəkarlıq nümayiş etdirdiklərini vurğulayıb.

Tədbirdə dövlət başçısının tapşırığı ilə İslamiada zamanı xidməti vəzifələrini nümunəvi yerinə yetirdiklərinə, ictimai qaydanın və təhlükəsizliyin təminində yüksək peşəkarlıq göstərdiklərinə görə daxili işlər nazirinin müvafiq əmrləri ilə 643 əməkdaş və hərbi qulluqçu mükafatlandırılıb.

Sonda təltif olunanlardan mərasimə dəvət olunmuş 50 əməkdaşın siyahısı elan edilib və nazir Ramil Usubov mükafatları təqdim edərək fərqlənənləri bir daha təbrik edib.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR