FETÖ-nün Azərbaycandakı imamı HƏBS EDİLDİ: Görün hansı restoranların sahibi imiş...
Kateqoriya məlum deyil
Malatya Cümhuriyyət Baş Prokurorluğu tərəfindən axtarışa verilən FETÖPDY-nin Azərbaycandakı imamı məhkəmə qərarı ilə saxlanılıb.
Sfera.az yenicag.az-a istinadən həmin şəxsin adını açıqlayır.
Malatya valiliyi Fövqəladə Hallar bürosunun verdiyi açıqlamaya əsasən, təqsirkar İstanbulda saxlanılaraq, Malatyaya gətirilib. Mediada sadəcə M.M kimi təqdim edilən şəxs "Konak” və "Şahzadə” restoranlarının sahibi Muharrem Menekşedir.
Qeyd edək ki, "Terrorun Gülən üzü” adlı kitabında araşdırmaçı-yazar Aqil Ələsgər də Muharrem Menekşenin adını bir neçə dəfə qeyd etmişdi.






