Rusiyadan Türkiyə qarşı ŞOK qərar
Sfera.az xəbər verir ki, Federal Turizm Agentliyi (Rosturizm) xəbərinə görə, tur operatorlarına terror təhdidi səbəbiylə Türkiyəyə turların satışını qadağan edilib."Türkiyədə ciddi şəkildə Rusiya vətəndaşlarını müdafiə etmək tədbirlərini həyata keçirilməsini çətinləşdirən şərait var. Bu hallar "turistlərin təhlükəsizliyi üçün təhlükədir " kimi bildirilir.
Təşkilat həmçinin, xarici işlər naziri Sergey Lavrovun sözlərinə istinadən, Türkiyədə terror təhdidi olduğunu, - bildirib.Rosturizm , yaranan yeni vəziyyətlər ilə əlaqədar, Rus turistlərinin turizm məhsulunun həyata keçirilməsi üzrə müqavilənin xitam verilməsini tələb etmək və ya şərtləri dəyişdirmək hüququ olduğunu xatırladır.Belə ki, Federal Turizm Agentliyi görə terrorist təhdidlər ilə əlaqədar Türkiyəyə Rus turist səyahət təşkili üçün xidmətlərin göstərilməsi, Rusiya qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bunu təşkil edənlər hüquqi məsuliyyət daşıyır.
Bu baxımdan, bu Rosturizm Rusiya tur operatorlarına 3-cü ölkələr vasitəsiylə də Türkiyəyə səyahətin reallaşdırılmamasını tövsiyə edir.Rosturizm , öncədən pul ödəyib Türkiyəyə səyahət rezerv edən rus turistlərinin 100 faiz ödədikləri pulu geri alma hüquqlarının olduğunu da xatırladır.
Bir müddət əvvəl tur operatorları Yeni İl münasibətilə 5000-ə yaxın turların satıldığını bildirmişdilər.
Türkiyəyə turların satışının dayandırılması səbəbi Rusiya Su-24 bombardmançı təyyarəsinin Türk Hava qüvvələri tərəfindən vurularaq Lazkiyə Suriyanın vilayətində qəzaya uğraması iddia edilir.
Bir müddət əvvəl Türkiyə tərəfi Suriyada hərbi əməliyyat çərçivəsində Türk hava sahəsinin pozulmasına görə Rusiya xəbərdarlıq etmişdi.






