Amin Novruzov vəfat etdi

Kateqoriya məlum deyil
T
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb.
O, 79 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, uzun illər quruluşçu operator kimi fəaliyyət göstəriən Amin Novruzov müxtəlif illərdə “Əhməd haradadır?”, “Bəxt üzüyü”, “Arşınmalçı”, “Birisigün, gecəyarısı...”, “Cəmşid Naxçıvanski”, “Qatır Məmməd”, “Qayınana”, “Şərikli çörək”, “Özgə vaxt”, “Son döyüş”, “Udi xalqı”, “Arxada qalmış gələcək”, “Yalan” və digər filmlərin çəkilişlərində iştirak edib.
Novruzovun yaradıcılıq irsinə bədii filmlərlə yanaşı, sənədli və qısametrajlı ekran əsərləri də daxildir. Ümumilikdə onun operator kimi 60-dan çox ekran əsərində adı qeyd olunur.







