Müəllimlərin işə qəbulu üzrə nəticələr AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə nəticələr AÇIQLANDI
Kateqoriya məlum deyil
T

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Sfera.az xəbər verir ki, 28–31 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1 467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edib.

Müddətli əmək müqaviləsi ilə vakansiya seçimində uğur qazanan namizədlər 10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlər:

* şəxsiyyəti təsdiq edən sənədin surəti;

* ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;

* əmək kitabçasının əsli (olduğu təqdirdə);

* 3×4 formatında 4 ədəd fotoşəkil;

* sağlamlıq haqqında arayış;

* kadrlar uçotunun şəxsi vərəqəsi;

* şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR