19 aptekdə nöqsanlar aşkarlandı

Kateqoriya məlum deyil
T
2026-cı ilin avqust ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 70 aptekdə yoxlama keçirilib.
Sfera.az xəbər verir ki, AEM-dən verilən məlumata görə, yoxlamaların 48-i Bakı şəhərində, 22-si isə ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən apteklərdə aparılıb.
Bildirilib ki, yoxlamalardan 51-i planlı, 16-sı plandankənar, 3-ü isə yoxlamadan kənar olub.
Yoxlamalar zamanı 19 aptekdə müxtəlif nöqsanlar müəyyən edilib. Aşkarlanan pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.





