Logo

Şirvanda evdən qaçan nişanlı qızlar tapılıb

Şirvanda evdən qaçan nişanlı qızlar tapılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şirvanda iki nişanlı qız evdən qaçıb. Hər iki qız zəngləşərək birlikdə evlərini tərk ediblər. Hara getdikləri barədə isə heç bir məlumat yoxdur.

Şirvan şəhər sakini, 17 yaşlı Aytac Zahidova və qardaşının nişanlısı, 18 yaşlı Əfsanə Quliyeva mayın 26-da evdən çıxaraq geri qayıtmayıblar. Aytacın anası Flora Şirinovanın sözlərinə görə, gəlini bir müddət əvvəl valideynlərindən bezdiyini deyib.

Aytac da nişanı qaytarmaq istəyib. Lakin ailəsi buna etiraz edib. Aytac nişanını qaytarmayacağı halda evdən qaçacağını da bildirib.

Mayın 26-da səhər saatlarında hər iki qız zəngləşərək birlikdə qaçıblar. Hara getdikləri barədə heç bir məlumat yoxdur.

Qızların itkin düşmələri barədə Şirvan Polis Şöbəsinə yazılı müraciət olunub. Hazırda axtarışlar davam etdirilir. (Xəzər xəbər)

***

Şirvanda itkin düşən gəlin və baldız tapılıb.

Sfera.az xəbər verir ki, Aytac Zahidovanın anası Flora xanım APA TV-yə təşəkkür edib:

"26 maydan evdən çıxıblar və 17 gün idi ki, onlardan xəbər yox idi. Sizə müraciət edəndən sonra qızım Yutubda videoya baxıb və evə qayıdıblar. Sizə öz təşəkkürümü bildirirəm ki, qızımın tapılmasında bizə köməklik edib. Onlar Bakıda marketlərdən birində işləyiblər. Telefonlarını satıb özlərinə çörəkpulu ediblər”.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR