Tanınmış müğəniyə ağır itki

Tanınmış müğəniyə ağır itki
Kateqoriya məlum deyil
T

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və “Şeron” qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib.

Sfera.az xəbər verir ki, Əliqismət Lalayevin bacısı və Ülvi Cəfərovun anası Zəkiyyə Cəfərova sentyabrın 2-də axşam saatlarında vəfat edib.

Bu barədə jurnalist Turan Etibaroğlu məlumat yayıb..

Mərhum Zəkiyyə Cəfərova ömrünün 45 ilini Bakı şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim kimi çalışıb.

Zəkiyyə Cəfərovanın dəfni sentyabrın 3-də Salyan şəhərində keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR