İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Kəlbəcərin İstisu ərazisində isti mineral sularda çimməyə icazə verilib-verilməməsi, bunun üçün xüsusi razılıq və ödənişin tələb olunub-olunmaması maraq doğurur.
Sfera.az xəbər verir ki, həmin paylaşımlar İstisunun mineral bulaqlarından istifadə qaydaları ilə bağlı müzakirələrə səbəb olub. Vətəndaşları əsasən əraziyə giriş üçün əvvəlcədən qeydiyyat və ya xüsusi icazənin tələb edilib-edilməməsi, eləcə də çimməyin ödənişli olub-olmaması maraqlandırır.
Məsələyə aydınlıq gətirmək üçün Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə sorğu ünvanladıq.
Xüsusi nümayəndəlikdən bildirilib ki, hazırda İstisunun isti mineral sularında çimməklə bağlı hər hansı xüsusi qayda və ya məhdudiyyət tətbiq edilmir.
Vətəndaşlar bu sulardan sərbəst və ödənişsiz istifadə edə bilərlər. Bunun üçün əvvəlcədən qeydiyyatdan keçmək və ya xüsusi icazə almaq tələb olunmur.\\modern.az






