Sentyabrın sonunda Bakıya turist axını olacaq

Sentyabrın sonunda Bakıya turist axını olacaq
Kateqoriya məlum deyil
T

2026-cı il Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində Bakı Şəhər Halqasında yeni tribuna quraşdırılıb.

Sfera.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatına görə, buna yerli və xarici azarkeşlər arasında biletlərə tələbatın artması səbəb olub.

“City” adlandırılan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın yerləşdiyi nöqtə azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləməyə imkan verəcək.

Azərbaycan Qran-Prisinin rəsmi satış səhifəsində müxtəlif kateqoriyalar üzrə biletlərin satışı davam edir. Məsələn, “City” tribunasına beynəlxalq qiymət böyüklər üçün 650 dollar, 2-16 yaşlılar üçün isə 460 dollar göstərilir.

Yarışa marağın artması Formula 1 həftəsində Bakıya gələcək turistlərin sayı, hotellərin doluluğu və paytaxtdakı qiymətlər məsələsini də yenidən gündəmə gətirir.
Bakıda 2026 Formula 1 Azərbaycan Qran-Prisi 24–26 sentyabrda keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR