Azərbaycanda boşanmaların sayı niyə artır? - Ailələrin istəyi ilə ailə qururlar…

Azərbaycanda boşanmaların sayı niyə artır? - Ailələrin istəyi ilə ailə qururlar…
Kateqoriya məlum deyil
T

Yeni ailə quran cütlüklər üçün evliliyin ilk dövrü bir sıra yeniliklərlə müşayiət olunur. Fərqli xarakterlərin, vərdişlərin və həyat tərzlərinin bir araya gəlməsi tərəflərin bir-birinə uyğunlaşmasını zəruri edir. Bəs yeni evlənənlər ilk vaxtlarda nələrə diqqət etməlidirlər? Bir-birlərinə uyğunlaşmaq üçün hansı addımları atmalıdırlar?

Sfera.az xəbər verir ki, sosioloq Hüseyn İbrahimov azxeber.com-a açıqlamasında deyib ki, evlənmə məsələsinə kənar müdaxilə olmamalıdır:

"Bəzən valideynlərin vasitəçiliyi ilə cütlüklər tez-tələsik ailə qururlar. Daha sonra isə nişandan sonra, bəzən isə toydan sonra qısa müddət ərzində ayrılırlar. Bu isə göstərir ki, evlənənlərin bir-birini tanımaq, xasiyyətlərinə və həyat tərzlərinə bələd olmaq üçün kifayət qədər vaxtları olmur.

Evlənmə məsələsinə kənar müdaxilə olmamalıdır. Evlənən cütlüklər əvvəlcə özlərini sosial sahədə tapmalı, daha sonra bir-birilərini tapmalıdırlar. Sosial həyatda özlərini təsdiq etməyən şəxslər üçün cütlüklərin bir-birini başa düşməsi də çətindir”.

O qeyd edib ki, cütlüklər evlənəcəkləri şəxslərin yaxınlarını tanımağa üstünlük versinlər:

"Ailə özü bir institutdur və onun istehlak və mənəvi tələbatları var. Ailə institutunun üzərində işləyən bir sıra modellər var. Birincisi, cütlüklərin bir-birini tam tanıdıqdan sonra nikaha daxil olmasıdır. Nikah zamanı bəzi şəxslər buna hazır olduqlarını düşünürlər. Amma daha sonra onların uyğun cütlük olmadığına dair faktorlar üzə çıxır. Ailə institutunun qorunmasının daim tədqiqatlara ehtiyacı var. Dəyişən dünya reallığında ənənəvi və müasir ailə modelinin nə dərəcədə reallaşması məsələsi gündəmdədir. Hər iki tərəf evlənəcəkləri şəxslərin yaxınlarını tanımağa üstünlük versinlər. Amma ən önəmlisi bir-birini dərindən tanımaqdır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR