Logo

Su-24 bombardmançısının komandiri Rusiyanın qəhrəmanı oldu

Su-24 bombardmançısının komandiri Rusiyanın qəhrəmanı oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Suriya üzərində vurulan Su-24 təyyarəsinin heyəti dövlət mükafatları ilə təltif ediləcəklər, Oxu.Az TASS-a istinadən xəbər verir.

Onun sözlərinə görə, komandirə ölümündən sonra “Rusiya qəhrəmanı” adı veriləcək.

“Komandir “Rusiya Federasiyasının Qəhrəmanı” ulduzu ilə mükafatlandırılacaq”, - Putin deyib.

Prezident həmçinin ikinci təyyarəçi-şturmanın xilas edildiyini təsdiqləyib.

“O, xilas edilib, bu, şturmandır, düşünürəm ki, o artıq bizim Hmeyimdəki aviabazadadır. Və ona da bütün əməliyyat iştirakçıları, eləcə də xilasetmə əməliyyatının iştirakçıları kimi dövlət mükafatları təqdim ediləcək. Müdafiə Nazirliyi bu təklif ilə çıxış edib”, - Putin qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR