Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı
Kateqoriya məlum deyil
T
Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.
Sfera.az xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 1 həkim-mütəxəssis əlavə olunub.
Belə ki, Həsənli Abidin Nəsib oğlunun adı siyahıya əlavə edilib.
Qeyd edək ki, daha əvvəl Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 45 plastik cərrahın fəaliyyətinə icazə verilmişdi.






