Uşaqları infeksion xəstəliklərdən belə qoruyun - Həkimdən XƏBƏRDARLIQ

Uşaqları infeksion xəstəliklərdən belə qoruyun - Həkimdən XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Havaların dəyişməsi və yeni tədris ilinin başlaması ilə uşaqlar arasında infeksion xəstəliklərin yayılması məsələsi aktuallaşır.

Bağça və məktəblərdə sıx təmas, temperatur dəyişiklikləri və mövsümi amillər yoluxma riskinə təsir edə bilər.

İnfeksionist Adil Qeybulla Sfera.az-a açıqlamasında payız fəslində və hava dəyişiklikləri zamanı virus infeksiyalarından qorunmaq üçün profilaktik tədbirlərin əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, xüsusilə qapalı mühitlərdə və xəstəlik əlamətləri müşahidə olunan siniflərdə maskadan istifadə olunması vacibdir. Xəstə uşaqların məktəbə göndərilməməsi, onların təcrid olunması və zərurət yarandıqda dərslərinin onlayn formada davam etdirilməsi tövsiyə olunur:

"Məktəblər, auditoriyalar və şadlıq evləri kimi insanların kütləvi şəkildə toplandığı məkanlarda gigiyena qaydalarına və digər qoruyucu tədbirlərə riayət edilməlidir".

A.Qeybulla uşaqların da xəstəliklərdən qorunması üçün maarifləndirilməsinin vacibliyini söyləyib. Valideynlər və müəllimlər uşaqlara soyuq su və dondurma qəbulundan, yel çəkən yerlərdə oturmaqdan, eləcə də qaçaraq tərlədikdən sonra soyuq mühitdə qalmaqdan çəkinməyi tövsiyə etməlidirlər: İnfeksionist müəllimlərin də bu məsələdə mühüm rol oynadığını diqqətə çatdırıb.

O, məktəblilərə gigiyena və infeksiyalardan qorunma qaydaları barədə mütəmadi məlumat verilməsinin vacibliyini qeyd edib:

"Virus infeksiyalarının hər biri orqanizmdə müəyyən izlər buraxa, limfa düyünlərinin şişməsinə və gələcəkdə daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu baxımdan profilaktik tədbirlərə ciddi əməl olunması vacibdir".

İradə Elsevər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR