Azad edilmiş ərazilərdə bir həftədə 879 mina və PHS aşkarlandı

Azad edilmiş ərazilərdə bir həftədə 879 mina və PHS aşkarlandı
Kateqoriya məlum deyil
T

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (24.08.2026-30.08.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Sfera.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 161 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 689 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2048,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR