Logo

Vəzifədə vəfat edən yeganə nazirimiz - Fotolar

Vəzifədə vəfat edən yeganə nazirimiz - Fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

1991-ci ildən bugünə qədər, 26 illik müstəqillik dövrü ərzində Natiq Əliyev Azərbaycanın vəzifədə ikən dünyasını dəyişən yeganə naziridir.

Sfera.az xatırladır ki, Energetika naziri Natiq Əliyevin bu il noyabrın 23-də 70 yaşı tamam olacaqdı.

Sosial şəbəkə istifadəçilərinin istisnasız olaraq hamısı, xüsusilə də media nümayəndələri N.Əliyevi gülərüz, sosial statusundan asılı olmadan onunla müsahib olan şəxsin özünü tam rahat hiss etməsinə şərait yaradan son dərəcə sadə və alicənab nazirlərimizdən biri kimi xarakterizə edirlər.

Qeyd edək ki, iyunun 3-də ürəyindəki ağrılarla Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edən nazirin müayinə zamanı ürəyi dayanmış, təxminən 3 dəqiqədən sonra ürəyinin fəaliyyəti bərpa edilmiş, ürək damarlarına 4 stend qoyulmuş, iyunun 5-də isə müalicə üçün Türkiyəyə göndərilmişdi.

N.Əliyev İstanbulun "Florence Nightingale” klinikasında bu gün dünyasını dəyişib. Onun nəşi sabah 9:30-da Bakıya gətiriləcək.

Allah rəhmət eləsin!

Sfera.az
Vəzifədə vəfat edən yeganə nazirimiz - Fotolar
Vəzifədə vəfat edən yeganə nazirimiz - Fotolar
Vəzifədə vəfat edən yeganə nazirimiz - Fotolar
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR