Azərbaycan-Latviya biznes forumu keçirildi - FOTOLAR
Azərbaycanda başlayan Latviya günləri çərçivəsində Azərbaycan-Latviyabiznes forumu keçirilib. Tədbiri çıxış sözü ilə açan Azərbaycan respublikasının İqtisadiyyat və sənayenaziri Şahin Mustafayev Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərinmöhkəm bazaya əsaslandığını bildirdi. Nazir qeyd etdi ki, Latviya və Azərbaycanarasında ticarət dövriyyəsinin həcmi yüksək olmasa da, belə biznes forumlarınkeçirilməsi, iki ölkənin iş adamları arasında sağlam işgüzar münasibətlərinqurulması ölkələrimizin iqtisadi potensialını tam həcmdə istifadə etməyə imkanverə bilər. Nazir vurğuladı ki, Azərbaycan Latviya iqtisadiyyatına sərmayələryatırmaq üçün geniş imkanlara malikdir. Eyni zamanda nazir bildirdi ki, Latviyaiş adamlarının investisiyalarını cəlb etmək üçün Azərbaycanda bir çox maraqlısahələr mövcuddur. İqtisadiyyat və sanəye naziri Azərbaycanın və Latviyanın iş adamlarınımöhkəm əməkdaşlıq qurmağa çağırdı. O, xüsusi ilə vurğuladı ki, bu əməkdaşlıq həriki ölkənin milli maraqlarına xidmət edir. Daha sonra çıxış edən Latviyanın iqtisadiyyat naziri xanım DanaReizniece-Ozola bildirdi ki, Azərbaycan və Latviya arasında iqtisadi əlaqələrigenişləndirmək üçün bütün imkanlar mövcuddur. Onun sözlərinə görə, hazırdaLatviyada Azərbaycan kapitalı ilə fəaliyyət göstərən 102 müəssisə qeydəalınmışdır. Xanım nazir bu biznes forumdan sonra həmin rəqəmin artacağına əminliyiniifadə etdi. Latviyanın iqtisadiyyat naziri ölkəsinin Azərbaycanın iş adamlarıüçün maraqlı sahələrini göstərməklə bərabər Latviya sahibkarlarının Azərbaycandagöstərə biləcəkləri fəaliyyətləri sadaladı. Dana Reizniece-Ozola qeyd etdi ki,hazırda Latviyaya sərmayə yatıran ölkələr arasında Azərbaycan 52-ci yeri tutur.Latviyanın iqtisadiyyat naziri öz çıxışını bu sözlərlə yekunlaşdırdı: “Yalnız gəlirəldə etmək üçün qurulan biznes yaxşı biznes sayıla bilməz. Yaxşı biznes obiznesdir ki, gözəl dostlar və gözəl hisslər qazanırsan. Əminəm ki, Azərbaycanvə Latviya arasında münasibətlər məhz belə səviyyədə olacaq.”. Biznes forum Azərbaycanvə Latviyanın iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi ilə davametdi.






