Logo

Nazirlik: Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

Nazirlik: Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

10:54

Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhəti qənaətbəxşdir.

Sfera.az xəbər verir ki, bu barədə Report-un Türkiyə bürosuna nazirin yerləşdirildiyi İstanbulun "Florence Nightingale” xəstəxanasından bildirilib.

Səhiyyə müəssisəsindən bildirilib ki, N.Əliyev vəziyyəti stabilləşəndən sonra əməliyyata götürüləcək. Hazırda azərbaycanlı nazir reanimasiya şöbəsində ciddi nəzarət altındadır.

***

Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib.

"APA-Ecoonmics”in əldə etdiyi məlumata görə, İstanbulun "Florence Nightingale” klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale” xəstəxanasında müalicə olunurdu.

Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.

***

Türkiyənin İstanbul şəhərində müalicə aldığı klinikada vəfat edən energetika naziri Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək.

Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın  verdiyi məlumata görə, sabah 12:00-da "Şəhriyar Mədəniyyət Evi”ndə onunla vida mərasimi keçiriləcək.

N. Əliyevin harada dəfn olunacağı ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev bu gün dünyasını dəyişib.

Xatırladaq ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu. (apa)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR