Transformatorda qolu qopan oğlanın son halı
Kateqoriya məlum deyil
O, sevgilisi ilə birgə 6 min volt gərginlikli elektrik naqilinə toxunmuşdu.
Oktyabr ayının 21-də sevgilisi ilə yüksək gərginlikli transformatorun qapısını açaraq içəri daxil olarkən "tok" vuran 20 yaşlı Fəqan Fərzəliyevdən xəbər var.
Sfera.az ans.press-dən aldığı məlumata görə, kürəyindən yaralanan, qolu amputasiya olunan və daxili orqanları ağır zədələnən F. Fərzəliyev hazırda xəstəxanın travmatologiya şöbəsində müayinə edilir:
"Xəstəxanada hələ də qalmasına səbəb hadisə zamanı ağır xəsarətlər almasıdır. Onun hələ də tez-tez hərarəti yüksəlir. Ancaq yemək yeməsi və yeriməsi bərpa olub. Hazırda yeyə və yeriyə bilir. Ancaq xəstəxanadan nə zaman çıxarılacağını deyə bilmərik. Yaxın günlər ərzində də xəstəxanada qalacağı məlumdur. Yaraları da sağalmağa başlayıb", -deyə Fəqanın müayinə edildiyi xəstəxandan bildirdilər.
Hadisə oktyabr ayının 21-də Bakının Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində baş verib. 20 yaşlı Fəqan Fərzəliyevlə bir məhəllədə yaşayan və kimliyi məlum olmayan 18 yaşlı qızı elektrik cərəyanı vurub. Onlar yüksək gərginlikli transformatorun yerləşdiyi tikilinin qapısını açaraq içəri daxil olublar.
Bu zaman ehtiyatsızlıq səbəbindən 6 min volt gərginlikli elektrik naqilinə toxunan Fəqan Fərzəliyevi və yanındakı qonşu qızı elektrik cərəyanı bir neçə metr kənara atıb.
Hər iki şəxs ağır xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar. Hadisə nəticəsində adı hələlik məlum olmayan qız ayağından və alın nəyihəsindən yanıq xəsarətləri alıb. Çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyevin isə qolunun biri amputasiya olunub.
Hadisədən iki gün sonra Fəqanın qohumları bildirmişdilər ki, adı məlum olmayan qız onun sevgilisi olub: "Biz tanımırdıq. Eyni məktəbdə oxuyublar. Tez-tez görüşürlərmiş. Dostlarından eşitdik ki, orta məktəbdən bir-birilərini seviblər. Bizə dedilər ki, qızı başqa xəstəxanaya aparıblar.