Rusiyadan Azərbaycana torpaq iddiası - VİDEO
"Böyük Ermənistan" yaradılmalıdır, özü də bunu tez həyata keçirmək lazımdır". " Türkiyə ilə bağlı məsələ həll edilməlidir və bunu özgə əlləri ilə etmək lazımdır. Ermənilər türklərə nifrət edirlər, əgər biz onlara qərb torpaqlarını azad etməyə icazə versək onlar bunu böyük məmnuniyyətlə edərlər. Ermənilər bunu 1918-ci ildə etmişdilər, lakin Moskva o zaman onlara dəstək vermədi, Türkiyə tərəfinə keçdi."
Bu sözləri Rusiyanın Lideral Demokrat partiyasının sədri Vladimir Jirinovski "Rossiya 1" telekanalında "Su-24-ün vurulması hadisəsinə həsr olunan "Veçer s Vladimirom Solovyovım" verilişində deyib.
Verilişdə Jirinovski "Kürdistan" və "Böyük Ermənistan" ölkələrinin yaradılması məsələsinə toxunub.
"Biz kürdlərin müstəqilliyini tanıyaq deyə onlar bizdən kömək gözləyirlər. Türkiyədə kürdlərin sayı 20 milyona çatır, paytaxtları isə Diyarbəkirdir. Bununla da Şərqi Anadolutarixə qovuşacaq, nəticədə isə müstəqil Kürdistan və Böyük Ermənistan yaranacaq", - deyə Jirinovski bildirib.






