Logo

İsti şərh: "Universitetlər var ki, təhsil haqqı 2500 manatdan 4000 manata qədərdir..."

İsti şərh: "Universitetlər var ki, təhsil haqqı 2500 manatdan 4000 manata qədərdir..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama görə, dövlət müəssisələri bütün xidmətləri elektron qaydada həyata keçirməlidir. Bu isə ondan irəli gəlir ki, ilk növbədə vətəndaş-məmur münasibətləri aşağı səviyyəyə ensin, əlavə sənədlər və xərclər aradan qalxsın".

Bu sözləri Sfera.az-a təhsil haqqlarının plastik kart vasitəsi ödənilməsinə münasibət bildirən təhsil üzrə ekspert Kamran Əsədov deyib.

İsti şərh: "Universitetlər var ki, təhsil haqqı 2500 manatdan 4000 manata qədərdir..."

Ekspertin fikrincə, əlbətdə ki, tələbələrin təhsil haqlarını elektron qaydada ödəməsi müsbət haldır:

"Amma layihənin birdən-birə tətbiq edilməsi əks effekt verə bilər. Maksimum şəkildə çalışmaq lazımdır ki, tələbələr və onların valideynləri əlavə xərclərdən azad edilsin. Onu qeyd edim ki, ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr təhsil haqlarını elektron qaydada ödəyə bilmələri vaxt itkisinin, saatlarla növbədə gözləməyin aradan qalxmasına imkan verəcək. Amma ödənişlərin qəbul edilməsi üçün vahid, təhlükəsiz proqram təminatı hazırlanmalıdır. Məlum olduğu kimi son dövrlər kiber cinayətkarlıq artıb. Türkiyə, Ukrayna və Avropada universitetlərin təhsil haqqını tələbələr tərəfindən  elektron sistemlə ödəməsi təcrübəsi mövcud olsa da, bir sıra problemlərin olduğu danılmazdır. Xüsusilə qeyd edim ki, maksimum şəkildə çalışmaq lazımdır tələbələr və onların valideynləri əlavə xərclərdən azad edilsin. Lakin elektron ödənişlər üçün plastik kartlar lazımdır, bu da əlavə xərclərin yaranmasına səbəb olur. Nəzərə alsaq ki, Azərbaycanın 54 ali təhsil müəssisəsində 165 min tələbə təhsil alır və onların 125 mini ödənişli əsaslarla oxuyur, bu o deməkdr ki, qısa müddətdə ən azı 125 min plastik kart sifariş verilməlidir. Bundan əlavə, orta ixtisas təhsil müəssisələrində - kolleclərdə də 30 minə qədər ödənişli əsaslarla tələbə təhsil alır. Amma bir nüansı yaddan çıxarırıq. Heç bir universitetdə təhsil haqlarının miqdarı 1600 manatdan aşağı deyil. Hətta elə universitetlər var ki, təhsil haqqı 2500 manatdan 4000 manata qədərdir. Elektron qaydada bu məbləğin ödənilməsi üçün plastik kartlara və təminatlara ehtiyac var. Azərbaycanda isə bu qədər əməkhaqqı alan məmur tipi demək olar ki, yoxdur. Ona görə də elektron xidmətin istifadəyə verilməsi digər problemləri üzə çıxaracaq. Yəni heç kimin kart hesabında o qədər pul olmayacaq ki, ödənişi həyata keçirsin. Bu ildən etibarən Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul və sənaq imtahanlarına qeydiyyat zamanı xidmət haqlarında ciddi şəkildə artım elədi. Vətəndaşlar arasında ödəmə ilə bağlı bəzi problemlər yarandı. Çünki plastik kartlarda həmin məbləğlər çox nadir hallarda olur. Biz əmək haqqı və digər sosial gəlirlərimizi karta oturduqdan sonra balansdan çıxardırıq. Hətta onu toplasaq belə, ümumi məbləğ təhsil haqqını ödəməyə yaramayacaq. Ona görə də hesab edirəm ki, bu elektron mexanizm işləməyəcək".

Ekspert qeyd edib ki, tələbənin minimum 4 il təhsil alacağın nəzərə alsaq, o, 4 illik və ya 1 illik  4 dəfə kart sifariş verməlidir:

"Bu zaman isə hər dəfə onun təhsil haqqından əlavə xərcləri meydana çıxacaq. Hesab edirəm ki, bu addımın atılmasında əsas məqsəd ali təhsil müəssisələrinin maliyyə resurslarını nəzarətdə saxlamaq və banklarda nəğd pul kütləsinin formalaşmasına xidmət edir. Birdən birə bu sistemə keçmək banklarda növbələrin yaranmasına gətirib çıxaracaq. Digər bir məsələ də var ki, ölkə başçısının sərəncamı ilə təhsil haqqından azad olunma kateqoriyalarına daxil olan şəxlər var, onların məsələsi hansı yolla həll olunacağı sual altındadır. Çox günam ki, onlar plastik kartları özləri alacaqlar və məbləğ onların kartlarına ödəniləcək. Çünki bundan sonra hər bir şəxs təhsil haqqını birbaşa özü ödəməlidir. Bundan başqa, tələbələr təhsil haqqlarını banklara ödəyən zaman bank onlardan ödədikləri məbləğ müqabilində xidmət haqqı tuturdu. Lakin qanunvericilikdə göstərilib ki, təhsil haqları ilə bağlı xidmətlər üçün əlavə ödəniş yoxdur. Əgər abituriyent jurnalında bir yerin təhsil haqqı 2000 manat göstərilibsə, valideyn 2000 manatı həmin universitetin bank hesabına köçürməlidir. Amma reallıqda banklar tələbələrdən xidmət haqqı tutur. Bu da vətəndaşların əlavə xərcə düşməsi ilə nəticələnir. Bütün bunlara görə aidiyyəti qurumlar vətəndaşları əlavə xərclərdən azad etməkdən ötrü bu layihəni irəli sürdülər. Bu mexanizm müsbətdir, amma bəzi hallarda texniki səhvlər də olur. Məbləğlərin yüklənməsi ilə bağlı və yüklənmiş məbləğin qəbzə çevrilməsi ilə bağlı da problem yaranır. Elektron qaydada köçürmə edildi və hansısa texniki səhvdən vətəndaşların pulu itdi. Pulun geri qaytarılması isə başqa bir problem yaradır".

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR