12 yaşayış məntəqəsində işıq olmayacaq

12 yaşayış məntəqəsində işıq olmayacaq
Kateqoriya məlum deyil
T

Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Sfera.az-ın məlumatına görə, buna səbəb 35 kV-luq "Göytəpə" yarımstansiyasına gələn hava xəttində aparılacaq təmir işləridir.

Nəticədə sabah saat 11:00-dan 13:00-dək Cəlilabad rayonu üzrə 8270 abonentin (Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Həziabad və Alaşar kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR