Davudoğlu: Təyyarənin vurulması əmrini şəxsən mən verdim - VİDEO
Kateqoriya məlum deyil
Sfera.az-ın verdiyi məlumata görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu AKP-nin qrup toplantısında sərhəddi keçən
Rusiya bombardmançı təyyarəsinin vurulması ilə bağlı açıqlama verib. «Bütün xəbərdarlığımıza rəğmən diqqətə almayan təyyarə hava qüvvələrimiz tərəfindən vuruldu», - deyə Davudoğlu bildirib.
Baş nazir çıxışında «İclaslarda, nə edəcəyimizlə bağlı əmr Türkiyə Silahlı Qüvvələrinə şəxsən mənim tərəfimdən verilmişdir» - deyə əlavə edib.






