Noyabr ayının 25-də İrəvanın Nork Maraş inzibati bölgəsinin 9-cu küçəsində yerləşən evlərdən birində terror fəaliyyətinə tam hazır olan, partladıcı maddə və xüsusi paltarla təchiz olunmuş vəziyyətdə 3 qız, 7 oğlan olmaqla – on nəfərə qədər silahlı dəstə aşkar olunaraq zərərsizləşdirilib.
Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayılan xəbərə görə, qrup üzvləri diaspor erməniləridir və əksəriyyəti xarici ölkə vətəndaşlarıdır. Onların Suriyadan gəldiyi, İŞİD terror qruplaşmasının üzvləri olduğu bilidirilir. Belə ki, Ermənistan höküməti himayədarının təkidi ilə Suriyada yaşayan diaspor erməniləri vasitəsi ilə fəaliyyətə qoşulması və həmçinin qondarma Dağlıq Qarabağın rəhbəri Bako Saakyanın Qarabağ ərazisindən Suriyanın vurulması üçün istifadə edilməsinin mümkünlüyü barədə bəyanatından sonra Ermənistan İŞİD-in bir nömrəli hədəfinə gəlib.