Paytaxtın bu ərazilərində işıq olmayacaq

Paytaxtın bu ərazilərində işıq olmayacaq
Kateqoriya məlum deyil
T

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 26-da paytaxtda bir sıra Transformator Məntəqələrində təmir-təftiş və sınaq işləri həyata keçiriləcək.

Sfera.az xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Hüseyn Cavid, Şəfayət Mehdiyev, İsfəndiyar Zülalov, Xıdır Mustafayev, Xaqan Dadaşov, Əhməd Cavad, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Yəhya Bakuvi və Koroğlu Rəhimov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə saat 10:00-dan 14:00-dək Nizami rayonu Rüstəm Rüstəmov və Bəkir Çobabzadə küçələrini də əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR