Putindən təhdid dolu daha bir açıqlama: "Bir də...!"
Rusiya prezidenti Putin Türkiyə tərəfindən vurulan rus qırıcısı ilə əlaqədar olaraq bu gün müdafiə naziri Sergey Şoyqunu qəbul edib.
Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, Putin nazirə təlimatlar verərək Suriyadakı rus hərbi bazasının təhlükəsizliyini gücləndirməyi tapşırıb.
"Qırıcı təyyarəmizin vurulmasından sonra belə halların təkrarlana biləcəyi ehtimalini yaddan çıxarmamalıyıq. Bənzar hadisənin təkrarlanacağı təqdirdə isə mütləq adekvat reaksiya verilməlidir. Suriyada yerləşən hərbi bazamıza S-300 zenit-raket kompleksləri yerləşdirilməlidir. Bu addımlar təyyarələrimizin uçuş təhlükəsizliyini gücləndirməlidir", deyə Putin bildirib.
Xatırladırıq ki, dünən Türkiyə qırıcısı tərəfindən ölkə sərhədini pozan rus hərbi təyyarəsinin vurulması hələ də bütün dünya mediasının əsas gündəm xəbəridir.






