Bakıda bir tələbənin aylıq xərci nə qədər olacaq? - AÇIQLAMA

Bakıda bir tələbənin aylıq xərci nə qədər olacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Universitetə qəbuldan sonra tələbənin xərcləri yalnız təhsil haqqı ilə məhdudlaşmır.

Xüsusilə, Bakıda təhsil alan və kirayə yaşayan tələbələr üçün yaşayış, qidalanma, nəqliyyat, kommunal xidmətlər, mobil rabitə və internet, dərs vəsaitləri, geyim və digər gündəlik ehtiyaclar ailə büdcəsinə ciddi yük yaradır.

İqtisadçı Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, 2026-cı ildə Bakıda kirayə qalaraq təhsil alan tələbənin təhsil haqqı nəzərə alınmadan aylıq xərci təxminən 500-800 manat arasında dəyişə bilər.

Onun sözlərinə görə, tələbə yataqxanada qalırsa və ya mənzili digər tələbələrlə bölüşürsə, bu məbləği 350-550 manat civarında saxlamaq mümkündür.

Kirayə haqqının tək ödənilməsi isə aylıq xərclərin 800 manatdan da yuxarı qalxmasına səbəb ola bilər:

"Ailələr tələbənin yaşayış yerini seçərkən universitetə yaxın və nəqliyyat baxımından əlverişli ərazilərə üstünlük verməlidirlər. Mənzilin bir neçə tələbə tərəfindən paylaşılması həm kirayə, həm də kommunal xərclərin azalmasına imkan verir".

İqtisadçının fikrincə, gündəlik qidalanmanın əsasən evdə təşkil edilməsi, nəqliyyat xərclərinin əvvəlcədən planlaşdırılması və lazımsız alış-verişlərin məhdudlaşdırılması da tələbənin aylıq büdcəsinə qənaət etməyə kömək edə bilər:

"Dərslik və digər tədris materialları ilə bağlı da qənaət imkanlarının olduğunu vurğulayıb. Belə materialların kitabxanalardan, elektron resurslardan və ikinci əl mənbələrdən əldə edilməsi əlavə xərcləri azaltması mümkündür".

O söyləyib ki, ailənin tələbə üçün əvvəlcədən sabit aylıq büdcə müəyyənləşdirməsi də vacibdir. Bu, bir tərəfdən lazımsız xərclərin qarşısını alır, digər tərəfdən isə tələbənin maliyyə məsuliyyətinin formalaşmasına kömək edir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR