Logo

Kəmaləddin Heydərov görüş keçirəcək

Kəmaləddin Heydərov görüş keçirəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul edəcək.

Sfera.az-ın məlumatına görə, Azərbaycanın fövqəladə hallar naziri K.Heydərov tərəfindən 27 noyabr 2015-ci il tarixində Qazax şəhərində, Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında 26 noyabr 2015-ci il tarixində saat 09:00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR