Logo

Təhsil Nazirliyindən "Son zəng"lə bağlı - Açıqlama

Təhsil Nazirliyindən "Son zəng"lə bağlı - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hər il olduğu kimi, bu il də "Son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 2017-ci ildə də ümumtəhsil məktəblərində "Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək.

Bu il Azərbaycanda respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.

2017-2018-ci tədris ilinin əvvəlində 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.

Sfera.az 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR