Logo

İnformatika dərsliyi ləğv olunur?

İnformatika dərsliyi ləğv olunur?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Xüsusilə son aylar təəssüflər olsun ki, Təhsil Nazirliyi tərəfindən informatika fənnini sıradan çıxarmaq, İnformatikanın üstündən birdəfəlik xətt çəkmək, bu kimi fikir, fəaliyyət və mülahizələri irəli sürülüb. Bu  mövcud vəziyyətin müəyyən olunmuş Strateji Yol Xəritəsinə uyğun olmamasını narahatçılıqla ifadə edirəm".

Bu sözləri Sfera.az-a açıqlamasında məktəblərdə İnformatika dərsliyinin ləğv olunmasına münasibət bildirən təhsil üzrə ekspert Kamran Əsədov deyib.

İnformatika dərsliyi ləğv olunur?

Ekspertin fikrincə, bu addım kifayət qədər əsassız və təhsildən xəbərsizlikdən irəli gəlir:

"2015-16-cı dərs ilindən X-XI siniflərdə tədrisin təmayüllər üzrə tədris planına informatika fənninin daxil edilməməsi heç bir məntiqə sığmır. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) aparıcı mövqedə, prioritet olduğu müasir dövrümüzü informatikasız, bu sahə üzrə təhsilsiz necə təsəvvür etmək mümkün deyil.  Bunun əksini düşünənin ya təhsildən anlayışı yoxdur, yada təhsilin inkişafına maneə olmaq istəyən qüvvələrə xidmət edir. XXI əsr informasiyalaşmış cəmiyyət əsri olduğundan gənc nəslin informatika və informasiya texnologiyaları sahəsində müəyyən bilik, bacarıq və vərdişlər sisteminə malik olması vacib amillərdən biridir. Artıq qonşu Gürcüstan kağız formatlı dərsliklərdən imtina edib və planşetlə dərsliklərin istifadə edilməsinə başlayıb. Dünya ölkələrinin bütün təhsil müəssisələri elektronlaşıb. İnformasiya texnologiyaları tədrisin keyfiyyətinin artırılması üçün ən prioritet istiqamətlərindən biri kimi qəbul edilib. Bizdə isə sanki özlərindən Amerika kəşf edib yeni nəzəriyyə ortaya çıxarırlar. Uzun illik təcrübəmdə demək olar təsadüf etməmişəm ki, təhsilimizlə bağlı hər hansı bir yenilik və ya dəyişiklik birmənalı qarşılansın və ya hansısa bir səviyyədə müzakirə və mübahisə predmetinə çevrilməsin. Bu mənada və o cümlədən informatika fənninin tədrisi ilə bağlı məsələ. İnformatikanın ibtidai (I-IV)  siniflərdə tədrisinə təəcüblənən və etiraz edənlər, bu fənnin nə  buraxılış, nə də qəbul imtahanları sırasına salınmadığından təəssüflənən və narazı qalanlar da olub".

Ekspert qeyd edib ki, İnformatika bir tədris fənni kimi ümumtəhsil məktəblərinin tədris planına 30 ildən artıq bir müddətdir, daha dəqiq desək, 1985-ci ilin sentyabrın 1-dən daxil edilib:

"O vaxt bu yeni kurs "İnformatika və hesablama texnikasının əsasları” adı ilə yalnız yuxarı siniflərdə (IX və X siniflərdə) tədris olunurdu. Bir müddət sonara, səhv etmirəmsə 1988-ci ildə Bakının Əzizbəyov (indiki Xəzər) rayonununun 119 nömrəli məktəbində Nazirliyin əmri ilə məktəblərarası tədris-hesablama mərkəzi yaradıldı və 3-cü, 5-ci siniflərdə eksperiment qaydasında "İnformatika və hesablama texnikasının əsasları” fənni tədris edildi. Müstəqillik qazandıqdan sonra  təhsil sferasının informasiyalaşdırılmasının optimal yollarının müəyyənləşdirilməsi sahəsində müxtəlif səviyyələrdə qərarlar qəbul edilmiş, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” əsasında hazırlanan "İnformatika” fənnindən I-XI   siniflər üçün dərsliklər,  müəllimlər üçün metodik vəsaitlər, şagirdlər üçün iş dəftəri hazırlanmışdı. bu fənnin guya ləgvi ilə bağlı ehtimal və narahatçılıqlara hesab edirəm ki, Təhsil Nazirliyi rəsmiləri ola bilsin kimlərisə qane edə bilməyəcəyi dərəcədə olsa belə sözügedən məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışıblar. Yəni burada söhbət heç də bu fənnin ləğvindən deyil, təmayülləşmə ilə əlaqədar təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin 10-11-ci siniflərində  şagirdlərin seçdikləri təmayül istiqamətlərindən biri kimi, informatikanın seçmə fənn olaraq tədrisindən gedir. Başqa sözlə və ümumiyyətlə, müasir biliklərin tədrisi İKT bacarıqları olmadan mümkün olmadığı kimi, İKT-nin seçmə fənn kimi tədrisini də heç kim qadağan etmir.

Bir də ki, şagirdin seçdiyi ixtisas üzrə meyl və marağına uyğun, o cümlədən informatika və bütövlükdə İKT üzrə daha dərin biliklərə və hazırlığa malik olması üçün məktəbin geniş imkaları var. Bu imkanlardan şagirdlərin daha səmərəli və faydalı yararlanması həmin məktəb rəhbərlərinin informatikaya və bütövlükdə İKT-yə necə münasibət bəsləməsindən də çox asılıdır. Əlbəttə, istəsək də, istəməsək də razılaşmalı və qəbul etməliyik ki, müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil. Hesab edirəm ki, informatika fənninin tədrisi və gələcək taleyi ilə bağlı deyilənlər və yazılanlar hələ son deyil. Hədəflədiyimiz 12 illik təhsilə keçid, yəqin ki, təkcə İnformatikanın deyil,  digər fənnlərin və kursların tədris planlarınndakı yerinə və mövqeyinə də müəyyən korrektivlərsiz ötüşməyəcək".

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR